Fondun builki büdcəsinin gəlir və xərcləri artırıldı

fondun-builki-budcesinin-gelir-ve-xercleri-artirildi
Oxunma sayı: 1501

İcbari tibbi sığorta fondunun builki büdcəsinin gəlir və xərcləri artırılıb.

“Qafqazinfo”nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2427 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla icbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428 292,00 manatdan 2 850 308 292,00 manata qaldırılıb.