Foqts hesabat verdi

foqts-hesabat-verdi
Oxunma sayı: 638

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, Berti Foqts ötən mövsüm ərzində milli komandada fəaliyyəti barədə AFFA prezidentinə hesabat verib.

Qeyd edək ki, Berti Foqtsun millimizin baş məşqçisi vəzifəsində müqaviləsi bu ilin sonunda başa çatacaq. Onunla müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı qərar İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunacaq.