“Foqts zarafat edib” - - AFFA

foqts-zarafat-edib-
Oxunma sayı: 1124



“Qafqazinfo”nun Sportnet.az-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə qurumun baş katibi Elxan Məmmədov bildirib. O bildirib ki, millimizin baş məşqçisi Berti Foqts "Xorvatiya ilə görüşün təxirə salınmasını xahiş edəcəyik" sözlərini zarafatca deyib: "Əslində isə UEFA-nın təqvimində olan oyun təxirə salına bilməz". 

Qeyd edək ki, millimiz oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Xorvatiya ilə üz-üzə gələcək. Qrupun iki favoriti ilə oyunlar arasında cəmi 3 günlük fərqin olması Berti Foqtsu bu açıqlamaya vadar edib. Amma əslində Foqts "Qarabağ" və "Neftçi"nin Avropa Liqasındakı oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasındakı oyunlarının təxirə salınmasından narazılığını çatdırmaq istəyib.