"Foqtsa yaxşı bələdəm"

foqtsa-yaxsi-beledem
Oxunma sayı: 651

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov Berti Foqtsla müqavilənin daha iki il müddətinə uzadılmasına münasibət bildirərkən deyib.

Əfran uzun illərdir Berti Foqtsun millidə işlədiyini xatırladıb: “Buna görə də onun bütün taktikasına, xarakterinə yaxşı bələdik. Mən də peşəkar kimi, Foqtsun öz vəzifəsində qalmasını istəyirdim. İnşallah, onun rəhbərliyi altında növbəti seçmə mərhələdə 10-12 xal toplayarıq”.