“Foqtsun adını birinci dəfədir eşidirəm”

foqtsun-adini-birinci-defedir-esidirem
Oxunma sayı: 639

- Futbola baxırsız?
- Bəli. Baxıram.

- Futbolumuz haqqında nə deyə bilərsiz? Millimizin oyunlarını izləyirsiz?
- Futbolla çox maraqlanıram. Komandamızın, “Neftçi”nin, “Xəzər Lənkəran”ın oyunlarını izləyirəm. “Neftçi”yə həmişə dəstək olmuşam. Rusiyada oyunda şəxsən özüm iştirak etmişəm. Əlimdən gələn qədər izləməyə çalışıram. Oyunlarını bəyənirəm.

- Belə çıxır ki, Azərbaycan çempionatında “Neftçi” və “Xəzər Lənkəran”a azarkeşlik edirsiz?
- Yox. Ümumiyyətlə futbolu çox sevirəm. İstər ”Neftçi” , istərsə də “Xəzər Lənkəran” olsun mən bütün klublarımıza azarkeşlik edirəm. Çünki onların hamısı öz komandalarımızdı. Öz komandalarımızı çox sevirəm. Biraz məndə millətpərəstlik var. Bizim futbolçulardan həmişə qələbə gözləyirəm. Onlar qalib gələndə çox sevinirəm. İnanıram ki, “Neftçi” də turnirlərdə öz sözünü deyəcək, 1-ci yer olmasa da, 2-3-cü yer tutacaq.

- Yəqin ki, “Neftçi”nin Avroliqadakı oyunlarını izləyirsiz?
- Bəli, izləyirəm.

- Sabah “Neftçi”nin “Rubin”lə oyunu var. Bu barədə nə deyə bilərsiz?
- “Rubin”də yaxşı, güclü komandadır. Mənə elə gəlir ki, oyun 1:2 “Rubin”in xeyrinə bitəcək.

- Çempionatımızda çıxış edən futbolçulardan kimi bəyənirsiz?
- Cavid İmamverdiyevə xususi rəğbətim var. Onun oyununu daha çox bəyənirəm. Nəsə o futbolçuya daha çox simpatiyam var. Hər dəfə oyununa baxıram ki, görəsən, Cavid qol vuracaq.

-Tanınmış futbolçulardan hansınınsa toyunda iştirak etmisiz?
- Keçmiş futbolçulardan Səməd Qurbanovun, Sergey Kramarenkonun toyunda olmuşam. Səməd Qurbanovla çox yaxın dostluğumuz var, həmçinin də Sergeylə də dostluğum olub. Moskvada onun Dinamo cəmiyyəti vardı. ”Neftçi” komandası da orada iştirak edirdi. Orada hətta qalibiyyət də qazanıb. Ermənilərə qalib gələndə çox sevinmişəm, onlarla fəxr etmişəm. O, çox gözəl qapıçı olub.

- Bəs, cavan oyunçuların toyunda olmamısız?
- Yox, olmamışam. Yalan deyərəm.

- Bilirsiz ki, Kamran Ağayev də meyxana deyir?
- Düzdü, (gülür) o, da meyxana deyir

- Onunla deyişə bilərsiz?
- Kamranla verilişdə bir yerdə olmuşuq. O, da, mən də meyxana demişik, amma deyişməmişik. İstəyərdim, niyə də olmasın. Onunla meyxanada deyişə bilərəm, amma futbolda yox. Kamran çox gözəl futbolçudu. İmkanlarından istifadə edə bilsə, irəli gedəcək.

- Hər hansı bir futbolçu ilə klip çəkdirmək istəyərsiz? Məsələn, Kamran Ağayevlə...
- Böyük məmnuniyyətlə. Belə fikrim yox idi, amma siz ağlıma saldınız. İnşallah bunu nəzərə alaram. Belə bir şeyi yaxın vaxtlarda plana salarıq. Yaxşı ki, fikrimə saldınız. Çox gözəl olar. Qeyd edim ki, hətta “Xəzər Lənkəran” nın şərəfinə mahnı da oxumuşam.

- Berti Foqtsı tanıyırsız?
- Yəqin ki, Almaniyadan gələni deyirsiz. Bilirdim ki, almaniyalıdı. Amma adını ilk dəfədir ki, eşidirəm.

- Bu yaxınlarda ölkəmizdə 17 yaşadək qızlar arasında DÇ keçirildi. Oyunları izləyə bildiz?
- Bəli, stadionda da olmuşam. Final oyununu izləmişəm.