“Forbes” dünyanın ən nüfuzlu qadınlarını açıqladı

forbes-dunyanin-en-nufuzlu-qadinlarini-aciqladi
Oxunma sayı: 1537

“Forbes” jurnalı 2019-cu ilin 100 ən nüfuzlu qadınının reytinq siyahısını hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıya ötən il olduğu kimi bu il də Almaniya kansleri Angela Merkel rəhbərlik edib. Merkel bununla 9-cu dəfədir ki, lider olur. İkinci yeri Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Kristin Laqard, üçüncü yeri ABŞ Konqresinin spikeri Nensi Pelosi paylaşıb.

Nəşrin bildirdiyinə görə, Merkel birinci yerə miqrasiya əleyhinə əhval-ruhiyyəyə qarşı mübarizəsinə görə layiq görülüb.

Böyük Britaniya kraliçası II Yelizaveta 40-cı yerdə, ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp isə 42-ci yeri tutub.