“Forbes” ötən gün neftin qiymətinin kəskin düşməsindən sonra milyarderlərin itirdiyi sərvətin miqdarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, dünən dünya birjalarındakı enmə ümumilikdə 37,7 milyard dollar itkiyə səbəb olub.
Ən böyük sərvət itirən Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş direktoru Bernar Arno olub. Belə ki, onun varidatı 6 milyardlıq itkidən sonra 92,6 milyard dollar təşkil edib.
Dünyanın ən zəngin insanı Ceff Bezos (“Amazon”) isə bir günə 5,6 milyard dollar itib.
“Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffett də 5,4 milyard dollar itki ilə üzləşib.
Meksikalı biznesmen Karlos Slim 5 milyard, “Facebook”un qurucusu Mark Zukerberq 4,2 milyard, “Google”un banilərindən biri Larri Peyc isə 3,3 milyard dollar itirib.
Neftin qiymətində kəskin dəyişiklik “Bloomberg” şirkətinin rəhbəri Maykl Blumberqin sərvətinə təsirsiz ötüşüb. Belə ki, onun mal varlığı 60 milyard dollara çatır.
Son xəbərlər
Son Xəbərlər