“Ford Azərbaycan” yaya hazırlıq kampaniyasına start verdi!

ford-azerbaycan-yaya-hazirliq-kampaniyasina-start-verdi
Oxunma sayı: 985

“Ford Azərbaycan”ın start verdiyi yeni kampaniyanın şərtlərinə əsasən, zəmanət müddəti bitmiş avtomobil sahibləri ehtiyyat hissəslərinə və işçilik haqqına 20% endirim imkanından yararlana biləcəklər! Əlavə olaraq, hərəkətli hissələrin və soyutma sisteminin diaqnostikası ödənişsiz həyata keçirilir.

Həmçinin, Azərbaycan yollarına ideal adaptasiya olmuş Ford Focus və 50 illik tarixi olan Ford kommersiya avtomobillərinin qabaqcıl nümayəndəsi Ford Transit modellərinin servis xərclərinə 15% endirim şərtləri tətbiq edilir.

Bununla yanaşı, kampaniya müddətində bütün Ford servis xidmətindən istifadə edərkən avtomobil sahibləri öncədən vaxt təyin edib servisə gəlsələr 5% endirim imkanı əldə edəcəklər! Öncədən qeydiyyat üçün ən azı 1 gün öncə (055) 350 33 79 nömrəsinə zəng edib müraciət etmək lazımdır.

Ford servis mərkəzləri, avtomobillərin diaqnostikasının aparılması üçün rəsmi istehsalçının tövsiyyə etdiyi elektron alətlərlə təchiz olunub və bununla yanaşı, bu avadanlıqlar ən son yenilikləri dəstəkləmək və istehsalçının proqram təminatı məqsədilə onlayn vəhdətdə çalışır.

Nəzərinizə çatdıraq ki, rəsmi Ford servis mərkəzləri hər bir Ford modeli üçün individual hazırlanmış xüsusi açar dəstləri ilə də təmin edilir. Bu alətlərin vasitəsilə, avtomobilinizin istənilən hissəsində görüləcək təmir işləri yüksək təhlükəzlik şərtləri altında icra olunur. Ford rəsmi servis mərkəzləri Almaniyadan gətirilmiş orijinal və zəmanətli ehtiyyat hissələrindən istifadə edir.

O cümlədən, rəsmi Ford servisin bütün əməkdaşları “Ford”un qlobal və texniki təlim mərkəzlərinə xüsusi hazırlanmış texniki, mütamadi təlimlərə cəlb olunur.
Avtomobilinizi peşəkarlara etibar edin!

Ünvan: Bakı, Xətai pr. 36,
Tel: (012) 496 01 10
www.ford.az