“Ford” motosikletlə toqquşdu, iki qardaş yaralandı

ford-motosikletle-toqqusdu-iki-qardas-yaralandi
Oxunma sayı: 1217

Zaqatalada qəza baş verib, iki qardaş xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çobankol kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Ford” markalı  yük avtomobili ilə  rayonun Çobankol kənd sakini 1979-cu il təvəllüdlü Aslan Ələddin oğlu İsmayılovun idarə etdiyi qoşqulu motosiklet toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Aslan İsmayılov və  qardaşı, 1988-ci il təvəllüdlü Tərlan Əllədin oğlu İsmayılov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov