“Ford Mustang”ın yaradıcısı vəfat etdi

ford-mustangin-yaradicisi-vefat-etdi
Oxunma sayı: 945

“Chrysler” korporasiyasının keçmiş rəhbəri və “Ford Mustang” avtomobilinin yaradıcısı Li Yakokka 94 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun “TMZ”ə istinadən verdiyi xəbərə görə, bu barədə iş adamının ailə üzvləri məlumat yayıb. 

Onun ölüm səbəbi hələ ki, açıqlanmır. 

Qeyd edək ki, Li Yakokka 1946-1978-ci illərdə “Ford” şirkətinin prezidenti olub. Onun rəhbərliyi altında məşhur “Ford Mustang” avtomobili istehsal olunub. Daha sonra o, 1995-ci ilə qədər “Chrysler” korporasiyasına başçılıq edib.