Bakı şəhərinin Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Ford” markalı minik avtomobili səkiyə çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.
Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobildə qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər