“Ford” və “VAZ” yanıb

ford-ve-vaz-yanib
Oxunma sayı: 793

Axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Ağcabədi şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı  tikililər  yanğıdan mühafizə olunub. 

Sumqayıt şəhərində vətəndaşa məxsus "Ford" markalı mikroavtobusun mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtobusun  qalan hissəsi yanğından mühafizə olunub.