“Ford”dan 3000 siqaret çıxdı

forddan-3000-siqaret-cixdi
Oxunma sayı: 808

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 3000 ədəd "Gold Mount" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.