“Ford”la “Hyundai” toqquşdu - 1 ölü, 4 yaralı

fordla-hyundai-toqqusdu
Oxunma sayı: 2103

Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 26-da saat 20 radələrində qeydə alınıb. 

Qəsəbə sakinləri Oleq Qarkaviyin idarə etdiyi “Hyundai” və Ə.Dilavərovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə O.Qarkaviy xəstəxanaya aparılarkən yolda ölüb, 1 sərnişini, habelə digər sürücü və onun 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.