“Ford”la “KamAZ” toqquşdu, ölən var

fordla-kamaz-toqqusdu-olen-var
Oxunma sayı: 1304

Biləsuvar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 5-də saat 9 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Mirzə Mirzəyev idarə etdiyi “Ford Tranzit” markalı yük  avtomobili qarşıda gedən Lənkəran rayon sakini S.Bəşirovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə M.Mirzəyev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.