“Ford”la piyadanı vurub öldürdü

fordla-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1276

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 12-də saat 18 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini İ.İsmayılov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Firuz Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.