“Ford”la piyadanı vurub öldürdü

fordla-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1081

Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 11-də, saat 13 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini M.Novruzov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Raqub Yusifovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.