“Ford”la vurulan piyada öldü

fordla-vurulan-piyada-oldu
Oxunma sayı: 1056

Masallı rayonunun Səmidxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 6-da saat 18 radələrində qeydə alınıb. 

Lənkəran şəhər sakini C.Tağıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Qodman kənd sakini Təhmasib Həşimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.