“Ford”u mağazaya çırpdı - Foto

fordu-magazaya-cirpdi
Oxunma sayı: 786

Gəncədə avtomobil mağazaya çırpılıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhər sakini Nurəddin Məmmədov idarə etdiyi “Ford” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

O, maşını yolun kənarında olan geyim mağazasına çırpıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və mağazaya ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli