Formula 1 Bakıda gələn ilin sentyabrında olacaq

formula-1-bakida-gelen-ilin-sentyabrinda-olacaq
Oxunma sayı: 2792

Formula 1 üzrə 2024-cü il Azərbaycan Qran-prisinin  vaxtı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Bakıda keçiriləcək yarış 13-15 sentyabr tarixlərində baş tutacaq.

24 şəhərdə keçiriləcək yarışlara Bəhreyndə start veriləcək. Bu Qran-pri fevralın 29-dan martın 2-nə qədər olacaq. 

Yarışlara isə 6-8 dekabrda baş tutacaq Əbu-Dabi Qran-prisi ilə yekun vurulacaq.