““Formula 1” baş tutmasa, heç nə itirməyəcəyik” - Arif Rəhimov

formula-1-bas-tutmasa-hec-ne-itirmeyeceyik
Oxunma sayı: 2128

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Motorsport” nəşrinə açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, Rəhimov “Formula 1”in koronavirusa görə dayandırılması yarışın təşkilatçılarını maddi baxımdan xeyli geri salacaq: 

“Yarışın Bakıda keçirilməməsi “Formula 1” üçün ciddi gəlir itkisi olacaq. Lakin bütün olanlar bizim nəzarətimiz daxilində deyil. Bütün dünya koronavirusdan əziyyət çəkir və bu fors-major haldır”.

O, yarışın keçirilməməsindən Azərbaycan tərəfinin heç bir şey itirməyəcəyini sözlərinə əlavə edib: “Müqavilədə bu cür vəziyyətlərə aid bəndlər var. Fors-major hallarda onlara heç bir ödəniş olunmayacaq. Yarış baş tutmasa, hökumətimiz bundan heç nə itirməyəcək”.