"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən Formula-1 Avropa Qran Prisinin qalibi olub.
“Qafqazinfo” məlumatına görə, ikinci yeri Sebastayn Fettel ("Ferrari"), üçüncü yeri isə Serxio Peres ("Force India") tutub.
"Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb.
"Tora Rossa" komandasının hər iki - Daniil Kvyat 6-cı, Karlos Sayns isə 33-cü döngədə mübarizəni dayandırıb. Həmçinin "Manor"un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. "McLaren" pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.


Son xəbərlər
Son Xəbərlər