Formula 1-də ilk sərbəst yürüş başa çatdı - Fotolar - Yenilənib

formula-1-de-ilk-serbest-yurus-basa-catdi
Oxunma sayı: 4886

Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüşlərə start verilib. 

“Qafqazinfo” xəbər verir ki, sərbəst yürüş saat 13:30-da start götürüb.

***

Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatıb. 

“Red Bull” pilotu Maks Ferstappen birinci olub. 

“Mercedes”in üzvü Lüis Hemilton ikinci, “Red Bull”un digər pilotu Serxio Peres isə üçüncü pilləni tutub.

Qeyd edək ki, Formula 1-də ikinci sərbəst yürüş 17:00-da başlayacaq.

Elsevər Məmməd

Foto: Xəyal Vəlizadə