Formula 1-də xidmət aparacaq polislər təlimatlandırıldı - Fotolar

formula-1-de-xidmet-aparacaq-polisler-telimatlandirildi
Oxunma sayı: 3560

Aprelin 28-30 tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar davam etdirilir.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov  tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.