Formula 1-ə görə bağlanmış yollar açıldı

formula-1-e-gore-baglanmis-yollar-acildi
Oxunma sayı: 1712

Bakıda Formula 1 yarışına görə bağlanan yollar açılıb.

Bu barədə "Qafqazinfo"ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, yarışa görə bağlanmış şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti səhər saat 8:00-dan etibarən bərpa edilib:

"Bu gün saat 8:00-dan etibarən nəqliyyat vasitələri Bakı Şəhər Halqasının trayektoriyası üzrə sərbəst hərəkət edirlər. Paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyli, İstiqlaliyyət və Zərifə Əliyeva küçələrində kəsişən yol ayrıclarında qurulmuş maneələrin 3 gün ərzində götürülməsi nəzərdə tutulub".

Qeyd edək ki, Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti aprelin 24-də gecə 01:00-dan etibarən məhdudlaşdırılmışdı.

Amin Nəzərli  

Həmçinin oxuyun: Состоялось Met Gala 2023 в честь Карла Лагерфельда - Фото