Formula 1-ə rəng qatan klassik avtomobillər - Fotolar

formula-1-e-reng-qatan-klassik-avtomobiller
Oxunma sayı: 6250

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Formula 1 Azərbaycan Qran-prisinin keçirildiyi trekdə klassik avtomobillərin yürüşü təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, saat 12:45-də başlayan yürüş bir dövrədən ibarət olub.

Müxtəlif illərə aid 30-a yaxın klassik avtomobil yürüşdə nümayiş etdirilib.

Klassik avtomobillər yürüşü izləmək üçün gələn azarkeşlərin böyük marağına səbəb olub.

Elsevər Məmməd

Fotolar:Müzəffər İsmayıl