“Formula1” üzrə 2020-ci il mövsümü Bakıda başlaya bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur “Motosport” nəşri məlumat yayıb.
Koronavirus səbəbindən Avstraliya yarışının ləğv edilməsindən sonra Bəhreyn qran-prisinin də baş tutacağı sual altındadır.
Vyetnamda keçirilməli olan yarışın ləğvi isə əvvəlcədən məlum idi. Avropada koronavirusun sürətlə yayılması Hollandiya, İspaniya və Monako qran-prilərinin də təxirə salınmasına səbəb ola bilər.
“Formula 1”in idman direktoru Ross Braun komandalarla görüş keçirib və onların fikirlərini dinləyib. Bildirilir ki, komandaların əksəriyyəti yarışın Bakıdan başlamasını istəyib.
Qeyd edək ki, təxirə salınan qran-prilərin yayda keçirilməsi nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər