Formula 1 üçün televiziyaların akkreditasiyası olmayacaq

formula-1-ucun-televiziyalarin-akkreditasiyasi-olmayacaq
Oxunma sayı: 801

Formula 1 yarışında televiziyaların akkreditasiyadan keçməsinə icazə verilməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Qran-prisinin Mətbuat xidmətinin rəhbəri Ayan Nəcəfova məlumat verib.

O, həmçinin bildirib ki, əcnəbi jurnalistlər mövsümlük akkreditasiya alıblarsa, iştirak edə bilər. Eyni zamanda əcnəbi jurnalistlər bütün yarışlar üçün akkreditasiya alıblarsa, sırf Bakı Qran-prisi üçün müraciət edə bilməzlər.

Yalnız 50-70 arası akkreditasiya yeri yazılı medialara veriləcək.

Bundan əlavə, əyləncə zonası da ləğv ediləcək.