“Formula-1”də üçüncü sərbəst yürüşlər başlayıb

formula-1de-ucuncu-serbest-yurusler-baslayib
Oxunma sayı: 1207

Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisi davam edir.

Qafqazinfo”nun Apasport.az-a istinadən məlumatına görə, üçüncü sərbəst yürüşlər artıq start götürüb.

Yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda iştirak edir.

Qeyd edək ki, pilotlar dünən iki yürüşdə trasla tanış olublar. Hər iki halda “Mercedes”in pilotu Luis Hamilton ən yaxşı göstəriciyə imza atıb.