Beynəlxalq Avtomobil Federasiyası “Formula 1” üzrə dünya çempionatının Rusiya mərhələsini ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayılan məlumatda bildirilib:
“Biz Ukraynada baş verənləri kədərlə və sarsıntı ilə izləyirik. Vəziyyətin sülh yolu ilə həllini gözləyirik. Biz artıq “Formula 1” yarışının Rusiya mərhələsinin keçirilməsini qeyri-mümkün sayırıq”.
Son xəbərlər
Son Xəbərlər