“Formula-1”lə bağlı konfrans keçirilir - Foto

formula-1le-bagli-konfrans-kecirilir
Oxunma sayı: 2169

Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbiri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə son illərdə ölkəmizdə baş tutan böyük idman yarışlarından söz açılıb. 

Əvvəlcə Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çıxış edərək “Formula 1”in təşkilindən və ölkəyə xeyirlərindən danışıb. Keçiriləcək Qran-Pri-lərin daha yüksək səviyyədə təşkil ediləcəyini bildirib. 

Daha sonra Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanda baş tutan idman yarışları haqqında fikirlərini bildirib: “Azərbaycanda futbol, “Formula-1”, gimnastika, cüdo və başqa idman növləri üzrə müxtəlif yarışlar baş tutub. Bunlar hamısı ölkəmizin idman tədbirlərində aktiv iştirakı ilə bağlıdır. Bu il də istisna olmayacaq. Ölkədə müxtəlif yarışlar baş tutacaq”.

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, “Formula 1 Grouo”un rəhbəri Çeyz Keri iştirak edirlər.

Elsevər Məmmədov

Nuran Məmmədov