“Fors” şirkəti müsabiqə qaliblərini mükafatlandırdı

fors-sirketi-musabiqe-qaliblerini-mukafatlandirdi
Oxunma sayı: 2324

Dünən “Fors” MMC tərəfindən “Ətraf Mühitə münasibətimiz” adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə qaliblərə pul və diplom təqdim edilib. Azərbaycan və İngilis dilləri üzrə keçirilən məqalə müsabiqəsində yüzlərlə məqalə içərisində iki dil üzrə ilk 3 yer müəyyənləşdirilib. Müsabiqədə gənclərin təbiətə münasibətinə dair fikirləri əsas götürülərək dəyərləndirilib.

“Fors” MMC ölkə ərazisində elektron tullantıların toplanması, çeşidlənməsi və utilizasiyası ilə məşğul olan özəl şirkətdir. 20-dən çox işçi heyətinə sahib olan müəssisə dünyada bir çox böyük şirkətlərlə əməkdaşlıq edərək onların təcrübəsini ölkəmizdə tətbiq edir. 2017-ci ildən tullantıları toplayaraq utilizasiyaya cəlb edir və prosesin son mərhələsi üçün onları xaricə ixrac edir. Hər növ köhnəlmiş elektron avadanlıqların, qurğuların, istifadəyə yararsız ofis ləvazimatlarının, metalların, kabellərin, akkumulyatorların toplanıb çeşidlənməsi ilə bərabər onların fərdi qaydada alışını da həyata keçirir və bununla da onların ətraf mühitə zərərli təsirini aradan qaldırır. Sosial ekoloji tədbirlərə və layihələrə “Fors” MMC öz fəaliyyət planında hər zaman yer verir və bununla da gənc nəsli daha da həvəsləndirərək onları maarifləndirir. Şirkət eyni zamanda sosial medyalarda da aktivdir və öz müştəriləri ilə ünsiyətini bu vasitə ilə də həyata keçirir.

Şirkət haqqında daha geniş məlumat əldə etmək üçün www.forsgroup.az saytına və sosyal medya hesablarına müraciət edə bilərsiniz.