“Forsaj-9”un ilk təqdimatı Tbilisidə olacaq

forsaj-9un-ilk-teqdimati-tbiliside-olacaq
Oxunma sayı: 2372

Dünyaca məşhur “Forsaj-9” filminin ilk premyerasının baş tutacağı ölkə açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Amerika istehsalı olan ekran işinin təqdimatı Gürcüstanda baş tutacaq.

Bu barədə gürcü KİV orqanları məlumat yayıb. Qeyd olunub ki, premyera mayın 19-da reallaşacaq, Tbilisi və Rustavi şəhərlərinin kinoteatrlarında yayımlanacaq.

Filmin ABŞ-da premyerası isə 25 iyunda olacaq.

Qeyd edək ki, film Azərbaycanda da lentə alınıb. Daha əvvəl “Forsaj-7”də film qəhrəmanları Azərbaycanda olmuşdu. Lakin “Qafqaz dağlarında təqib” hissəsinin çəkilişləri Azərbaycan dağlarında yox, Koloradoda baş tutmuşdu.