“Fortis Academy”də Çingiz Abdullayevlə görüş

fortis-academyde-cingiz-abdullayevle-gorus
Oxunma sayı: 1769

Martın 4-də “Fortis Academy”də görkəmli ziyalı, dünya şöhrətli xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin I katibi Çingiz Abdullayev ilə görüş keçirilib.

İlk olaraq akademiyada yaradılmış şəraitlə tanış olan xalq yazıçısı “Fortis Academy”nin xeyriyyə missiyasını təqdir edib və belə bir tədris mərkəzinin varlığından məmnunluq duyduğunu bildirib.

“Fortis Academy”nin kitabxanası ilə tanış olarkən Çingiz müəllim Azərbaycan Yazıçılar Birliyi tərəfindən akademiyanın kitabxanasına dünya ədəbiyyatına dair bir sıra kitabların hədiyyə olunacağını da bildirib.

Daha sonra o, “Fortis Group”un toplantı zalında şagirdlərlə yaddaqalan görüş keçirib. O, öz həyat təcrübəsini, məktəb xatirələrini, böyük şəxsiyyətlərlə yaddaqalan dialoqlarını görüş iştirakçıları ilə paylaşıb.

Şagirdlərin suallarını diqqətlə dinləyən və hər birinə tək-tək cavab verən tanınmış qələm sahibi onlara öz dəyərli məsləhətlərini verib.

Olduqca səmimi mühitdə baş tutan görüşün sonunda iştirakçılarla xatirə şəkilləri çəkilib və böyük yazıçı şagirdlərə öz imzalı kitablarını hədiyyə edib.

Onu da qeyd edək ki, “Fortis Academy”də abituriyent hazırlığına qeydiyyat davam edir:

http://fortisgroup.az/fortisacademyregister