Mədəniyyət və Turizm və Xarici İşlər Nazirlikləri forumla bağlı birgə məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda qeyd olunur ki, 25-27 aprel 2016-cı ildə Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında 7-ci Qlobal Forumu keçirilib.
BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumu keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inkluziv cəmiyyətlərdə birgə yaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi idi.
7-ci Bakı Qlobal Forumda dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndə iştirak etdi. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olundu. Tədbir geniş şəkildə 117 nəfər xarici və yerli media tərəfindən işıqlandırılıb.
İnkluziv cəmiyyətlərin qurulması və inkişaf etdirilməsində gənclərin xüsusi rolunu nəzərə alaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən aparılan beynəlxalq müsabiqə nəticəsində 6000 gənc arasından seçilmiş dünyanın müxtəlif ölkələrini təmsil edən 150 gəncin iştirakı ilə 25 aprel tarixində BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Tədbiri keçirilib.
Son xəbərlər
Son Xəbərlər