Fotosessiyası başına bəla olan qızla bağlı - - Açıqlama

fotosessiyasi-basina-bela-olan-qizla-bagli-
Oxunma sayı: 2324


“Qafqazinfo”ya daxil olan məlumata görə, “salamnews.az”-ın (bu media orqanı ilə “İnerAz”eyni şirkətə daxildir) baş direktoru Rəna Əkbərova məsələ ilə bağlı açıqlama verib. 

“Şortik məsələsi və ya fotosessiyanın bu məsələyə heç bir aidiyyəti yoxdur, ola da bilməz. O, saytda işlərin texniki tərəfini görən biri olduğu halda özünü redaktor elan edirsə,  rəhbərlik bunu düzəltdirməli idi. Əgər ona şortikli şəkillərinə görə bir söz deyilsəydi, birdəfəlik “İnterAz”ın adını sildirərdik, niyə məhz redaktorluqla bağlı dediyini sildirirdik? Ondan sonra özünü sındırmaq istəməyən o qız, saytlara verdiyi yanlış informasiyanı sildirtmədi deyə, özü küsdü, getdi. O qız burda cəmi 1 ay işləyib və mediada üst-üstə toplasan 1 illik təcrübəsi yoxdur. Belə birini “İnterAz” rəhbərliyi necə redaktorluğa götürər ki?! Bu absurddur. “İnterAz” iş yeridir və kanalın rəhbərliyi heç kimin şəxsi işlərinə, dini görüşlərinə qarışmır, qarışa da bilməz. Bizdə həm müsəlman, həm xristian, həm də ateistliyə etiqad edən insanlar işləyir. Odur ki, istəyirəm mediada dolaşan bu boş-boş söhbətlərə son qoyulsun”.

Saytın kadrlar bölməsində Fatimə İbrahimovanın redaktor kimi göstərilməsinin sübutu olan screen formasında fotosunu R.Əkbərovaya göndərdik.  O bunun özbaşına edildiyini, rəhbərliyin xəbəri olmadığını söylədi.

Özünə demişdim vəzifəni düzgün yazdır, InterAz-ın əməkdaşı kimi səni göstərə bilərlər, heç bir problem yoxdur, amma redaktor olmadığın halda özünü redaktor təqdim etmək düzgün deyil”.