“Fövqəladə vəziyyət haqqında” qanunun icrası ilə bağlı fərmana dəyişiklik edildi

fovqelade-veziyyet-haqqinda-qanunun-icrasi-ile-bagli-fermana-deyisiklik-edildi
Oxunma sayı: 30700

Azərbaycan Prezidenti İlham Əliyev  “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, fərmanda deyilir:

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12, maddə 2303) 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilsin.