Fövqəladə vəziyyətin vaxtı uzadılır

fovqelade-veziyyetin-vaxti-uzadilir
Oxunma sayı: 756

Fransa parlamentinin aşağı palatası ölkə ərazisində fövqəladə vəziyyətin qüvvədə olma müddətin uzadılmasının lehinə səs verib.

Trend-in RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, hökumət təmsilçisi Manuel Vals fövqəladə vəziyyətin 3 ay müddətdə qüvvədə olmasını təklif edib. Lakin deputatlar bu müddətin bir qədər də artırılmasını dəstəkləyiblər.

Ötən ilin noyabrında baş vermiş terror aktından sonra elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 26-da başa çatır.