Franko Battiato vəfat etdi

franko-battiato-vefat-etdi
Oxunma sayı: 1820

İtalyan bəstəkar, müğənni Franko Battiato vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “La Repubblica” qəzeti rejissorun ailəsinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, musiqiçi 76 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Müğənni Siciliyadakı evində ölü tapılıb.

Xatırladaq ki, F. Battiato 1984-cü ildə müğənni Aliçe ilə birlikdə İtaliyanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edib və beşinci yeri tutub.

O, 2000-ci illərdə üç film çəkib, daha sonra rəssamlığa başlayıb.