Frankonun son heykəli də götürüldü - Foto

frankonun-son-heykeli-de-goturuldu
Oxunma sayı: 7152

İspaniyanı təxminən 40 il diktatorluqla idarə edən Fransisko Frankonun son heykəli götürülərək, anbara qoyulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hələ 2007-ci ildə çıxarılan Tarixi Yaddaş Qanunu çərçivəsində Frankonun bütün heykəlləri və yerlərə verilən adları götürülməli idi.

Bu istiqamətdə son addım İspaniyanın Afrikadakı muxtar ərazisi olan Melillada atılıb.

1978-ci ildə Frankonun ölümündən üç il sonra şəhərdə ucaldılan heykəl götürülüb.