Fransa 12 illik lənətə son qoydu - Video

fransa-12-illik-lenete-son-qoydu
Oxunma sayı: 2547

Avropa Çempionatının açılış matçında ev sahibi Fransa Rumıniya ilə qarşılaşdı. “Qafqazinfo” xəbər verir ki, “xoruzlar” bu qarşılaşmada 2:1 hesablı qələbə qazanmaqla 12 illik lənətə son qoydu.

Belə ki, qitə birinciliyində sonuncu dəfə ev sahibi komandası açılış matçında 2000-ci ildə keçirilən turnirdə qalib gəlmişdi. Həmin vaxt turnirin ev sahibi olan Belçika İsveçi udaraq turnirə 3 xalla başlamışdı. Ondan sonra keçirilən 2004-cü il çempionatında Portuqaliya doğma meydanda Yunanıstana uduzmuşdu. 2008-ci ildə İsveçrə Çexiyaya 0:1 uduzmuşdu. 2012-ci il birinciliyində isə Polşa Yunanıstanla heç-heçə etmişdi – 1:1.