“Fransa adı gələndə başım fırlanır” - Ağasəlim Mircavadov+Video

“Fransa adı gələndə başım fırlanır”
Oxunma sayı: 1047

İctimai Televiziyada Dadaş Dadaşlinskinin təqdimatında yayımlanan 3 D verilişinin budəfəki qonağı futbol mütəxəssisi Ağasəlim Mircavadov olub.

“Qafqazinfo” xəbər verir ki, verilişdə Mircavadova millimizin və futbolumuzun hazırkı durumu ilə bağlı suallar ünvanlanıb.

Verilişdə həmçinin AÇ-1996-nın seçmə mərhələ oyunlarında Fransaya 10:0 hesablı məğlubiyyətdən də söz açılıb. Həmin vaxt yığmanın baş məşqçisi olan Mircavadov hələ də adıçəkilən matçı unutmadığını bildirib: “Fransa adı gələndə başım fırlanır. Nə vaxtsa yığmamız onları məğlub etsə, sağ olsam, millidə oynayan həmin uşaqları öpüb-qucaqlayacam”.

Həmin görüntüləri 14:40-cı dəqiqədən etibarən izləyə bilərsiniz:


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi