Fransa Avropa İttifaqı (Aİ) istisna olmaqla digər ölkələrlə hava əlaqəsini dayandırır. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Jan Kasteks məlumat verib.
“Belə bir qərar verməyə məcbur olduq. Fransadan giriş-çıxış qadağan ediləcək. Qərar yanvarın 31-də saat 00:00-dan qüvvəyə minir. Aİ ökələri istisnalıq təşkil edir”, - deyə Kasteks bildirib.
Alış-veriş mərkəzləri və mağazalara qoyulan məhdudiyyətlərə toxunan Kasteks “Sahəsi 20 min kvadrat metrdən çox olan qeyri-ərzaq mağazaları bağlanacaq. Bazar ertəsi günündən etibarən supermarketlərdə tədbirlər gücləndiriləcək”, - deyə qeyd edib.
Son xəbərlər
Son Xəbərlər