Fransa bununla bağlı “islamofobiya” bölməsi yaratmağı planlaşdırır

fransa-bununla-bagli-islamofobiya-bolmesi-yaratmagi-planlasdirir
Oxunma sayı: 1154

Fransa Hindistan-Sakit okean regionundakı strategiyası ilə bağlı “islamofobiya” bölməsini hazırlamaq üçün istifadə olunacaq Hindistanın müsəlman icması haqqında məlumat toplayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report” yazı dərc edib.

Belə ki, Böyük Britaniyanın müstəqil insan haqları təşkilatı CAGE-nin yanvar ayı üzrə aylıq hesabatında bildirilib.

Müəllif xatırladıb ki, Fransa Prezidenti Emmanuel Makron təhlükəsizlik əlaqələrini gücləndirmək üçün yanvarın sonunda Hindistana səfər edib.

Səfər zamanı Makron Fransanın Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq cəhdini dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

“Hazırda Fransa Hindistanın müsəlman icması haqqında məlumat topladığı üçün bu tərəfdaşlığın şərtləri araşdırılır. Bu da tezliklə buraxılacaq Hind-Sakit Okean strategiyasının “islamofobiya” bölməsini inkişaf etdirmək üçün istifadə edilə bilər”, - hesabatda qeyd edilib.

Bununla yanaşı, vurğulanıb ki, təhsil naziri olduğu dövrdə dövlət məktəblərində əbayə (müsəlman qadınların geyimi) geyimini qadağan edən Fransanın yeni Baş naziri Qabriel Attal gender bərabərliyi prinsipinə əsaslanaraq növbəti islamofobiya qanununun təməlini qoyur.

“Yaxın keçmişdə müsəlmanlara qarşı məhz bu prinsipdən istifadə olunub: bununla dövlət məktəblərində hicab, ictimai yerlərdə niqab taxmağın qadağan edilməsini, məscidlərin bağlanmasını, imamların vəzifələrindən uzaqlaşdırılmasını və ya ölkədən qovulmasına haqq qazandırılıb”, - hesabatda bildirilib.

Qeyd edilib ki, bu sıraya universitetlərdə hicab taxmağı əlavə etmək hökumətin növbəti hədəfinə çevrilə bilər.