Fransa da 1/8 finalda - - Yenilənib+ Fotolar

fransa-da-18-finalda-
Oxunma sayı: 1518


"Qafqazinfo" xəbər verir ki, Fransa İsveçrə ilə qarşılaşır. Hər iki komanda ilk oyunlarını qələbə ilə başa vurub. Görüşü Hollandiyadan olan Byörn Kupper idarə edir.Komandaların start heyətləri belədir


İsveçrə: Benaglio, Lichtşteyner, Bergen, İnler, Seferoviç, Xnaka, Bezrami, Rodriqes, Mehmedi, Jouru, Şhagiri

Fransa: Lloris, Debuçi, Evra, Varan, Şako, Kabaye, Valbuena, Jiru, Benzema, Matuidi, Sissoko

 

***

17-ci dəqiqədə Olivy Jiru Fransanı hesabda önə keçirdi

***

18-ci dəqiqədə Matiudi Fransanın 2-ci qolunu İsveçrənin qapısından keçirib.

***

31-ci dəqiqədə Kerim Benzema 11 metrlik cərimə zərbəsi qazansa da, bundan düzgün istifadə edə bilməyib.

***

Valbuena 41-ci dəqiqədə hesabı 3-0-a çatdırıb.

***

67-ci dəqiqədə Benzema nəhayət ki bu oyunda fərqlənə bilib. 4-0

***

Sissoko 73-cü dəqiqədə Sissoko da bu matçda qol vuranlar sırasına qatıldı. Benzema isə iki məhsuldar ötürmə edib və 1 qol vurub bu dəqiqəyə kimi.

***

Cemaili cərimə zərbəsindən İsveçrənin görüşdə ilk qolunu vurur. 5-1

***

81-ci dəqiqədə Qranit Şaka hesab arasındakı fərqi 3 -ə endirib. 5-2

***

Günün qəhrəmanı Kərim Benzema görüşdə son nöqtəni qoydu, lakin sonuncu qol hakimin final fitindən sonra vurulduğu üçün qeydə alınmadı. 5-2 hesabı ilə qalib gələn Fransa 1/8 finala vəsiqə qazanıb