Fransa da təcili təhlükəsizlik iclası çağırır

fransa-da-tecili-tehlukesizlik-iclasi-cagirir
Oxunma sayı: 1968

Fransa Rusiya və Ukrayna arasında yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik üzrə fövqəladə iclas çağırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” Yelisey Sarayına istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Kremldə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasını keçirib. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Təhlükəsizlik Şurasının iclasında səsləndirilən bəyanatlarla əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDC) təcili iclasının çağırıldığını açıqlayıb.