Fransa Ermənistana zirehli texnikalar göndərir

fransa-ermenistana-zirehli-texnikalar-gonderir
Oxunma sayı: 4007

Fransa Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcək.

“Qafqazinfo” "Sputnik Armenia"ya istinadən xəbər verir ki, zirehli texnikanın nə vaxt tədarük ediləcəyi hələlik açıqlanmır.

Həmçinin, İrəvanın “Bastion” və “Şerpa” zirehli maşınlarının alınması imkanları da nəzərdən keçirilir.

Bildirilib ki, Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyinatından sonra iki ölkə arasında hərbi əməkdaşlıq daha da intensivləşəcək.