“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, 2017-ci ildə baş tutacaq prezident seçkilərində əsas namizəd göstərilən “Front National” partiyasının lideri Marinne Le Pen edam məsələsini gündəmə gətirib.
O, Fransa torpaqlarında radikal dinin və utanc yaradan kriminal hadisələrin qarşısını almaq üçün “edam cəza”sının zəruri olduğunu bildirib. Marinne Le Pen ölkə rəhbərliyinin bu haqda ciddi düşünməyini və referendum hazırlanmasını tələb edib.
Qeyd edək ki, Aİ ölkələrində edam cəzası yoxdur, Fransa isə 1981-ci ildən etibarən bu cəzanın tətbiqini dayandırıb.
Son xəbərlər
Son Xəbərlər