“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir

fransa-hokumeti-qarabagin-musteqilliyini-tanimir
Oxunma sayı: 1713

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Fransa parlamentinin hər iki palatasının Qarabağla bağlı qərəzli qərarına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə öz tvitter hesabında açıqlama verən Qross Fransa hökumətinin Qarabağın müstəqilliyini tanımadığını xatırladıb.

“Düşünürəm ki, indiyə qədər hamı üçün bir şey çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır, lakin Qarabağın müstəqilliyini tanımır”,- deyə Qross qeyd edib.