Fransa ilə Almaniya da 1/8 finala adladı

fransa-ile-almaniya-da-18-finala-adladi
Oxunma sayı: 1728

Futbol üzrə Avropa çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün qitə birinciliyində qrup mərhələsinə yekun vurulub.

Sonuncu gündə E qrupunda Portuqaliya Fransayla, Almaniya isə Macarıstanla münasibətlərinə aydınlıq gətirib. Bu oyunların hər ikisində komandalar meydanı hərəyə 2 qol və 1 xalla tərk ediblər. Bu üzdən də Fransa qrup lideri, Almaniya isə ikinci yerlə 1/8 finala vəsiqəni təmin edib.

AÇ-2020
23 iyun

F qrupu

Portuqaliya – Fransa 2:2
Qol: K.Ronaldo, 31-pen; 60-pen – K.Benzema, 45+2-pen; 48.
Baş hakim: Antonio Mateu Lahos (İspaniya).
Budapeşt. “Puşkaş Arena”.

Almaniya – Macarıstan 2:2
Qol: K.Haverts, 66. L.Qoretska, 84 – A.Salai, 11. A.Şafer, 68.
Baş hakim: Sergey Karasyov (Rusiya).
Münhen. “Alyans Arena”.